Aşurada küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək – General

10.10.2016 - 11:57

ccfcf915e7f15b5b057cf685a8edb722Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.

S.Bağırov bildirib ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək: “Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə oktyabrın 12-i paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək”.

Rəis müavini həmçinin qeyd edib ki, Bakının bütün məscidlərində və ziyarətgahlarında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq. Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, oktyabrın 12-də yol polisi də gücləndirilmiş iş rejimində çalışacaq. Mərasimlərin keçiriləcəyi yerlərdə və ətraf ərazilərdə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Yol Polisi tərəfindən lazımı qüvvələr ayrılıb. Mərasimlərlə əlaqədar bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da sakinlərə müraciət edib. O, Aşura günü bütün tədbirlərin məscidlərdə təşkil keçirilməsini tövsiyə edib: “Dini xarakterli bütün ayinlər məsciddə və yaxud məscidin həyətində keçirilə bilər. O cümlədən dini atributlar, dini xarakterli bu və ya digər bayraqlar məscidin içərisində istifadə olunmalıdır. Dini ayinlərin icrası zamanı qanuna əməl edilməlidir”.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=78379

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31