“Eldar Mahmudov, Səfər Əbiyev və Füzuli Ələkbərov tövbə etsin”

10.10.2016 - 13:07

97dc520d39988715a49579922137d4b11476089739“Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu tövbə etməyə çağırıram”.

Bunu açıqlamasında “Tövbə” cəmiyyətinin sədri hacı Əbdül Əbdülov bildirib.

O deyib ki, ümumiyyətlə hər hansı kiçik günahı olan şəxsləri  tövbəyə çağırmaq lazımdır.

“Nəinki Eldar Mahmudovu, zərrə qədər səhvi, günahı olan insanı da tövbəyə dəvət edirəm. Kiminsə bilərəkdən ya da bilməyərəkdən xalqa, millətə, dövlətə qarşı xoşagəlməz hərəkətləri olubsa, onları tövbəyə çağırıram. Eldar Mahmudov və digərləri də bura aiddir. Tövbə qapısı Allahın qapısıdır və hamının üzünə açıqdır”,-deyə o əlavə edib.

Hacı Əbdül keçmiş müdafiə naziri Səfər Əbiyevlə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovu da tövbəyə çağırıb.

“Səfər Əbiyev də, Füzuli Ələkbərov da bu millətin, xalqın övladlarıdır. Biz bu keçmiş nazirləri də tövbəyə dəvət edirəm. Gəlsinlər, tövbə etsinlər”.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78396

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31