“O, dedi ki, 1 milyon 500 minlik evim var” – tanınmış yazıçının oğlunun məhkəməsi

10.10.2016 - 16:46
hakimTanınmış yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərəçəkmiş Firuzə Qasımova ifadə verib.
O, ifadəsində bildirib ki, təqdirləndirilən Ə.Kərimzadə ona məxsus obyeti icarəyə götürüb. F.Qasımova qeyd deib ki, Ə.Kərimzadə daha sonra onun etimadından sui-istifadə edərək, pulunu alıb.
 
“10 min manat nağd pul vermişəm. 3 mindən artıq da icarə haqqını ödəmədiyindən borc qalmışdı. Həmin pulun hissə-hissə 6500 manayını qaytardı. Amma qalan hissəsi qaldı” – deyə zərərçəkmiş ifadəsində bildirib.
 
Prokurorun sualını cavablandıran F.Qasımova təqsirləndirilən şəxsə həmin məbləği niyə verdiyini belə izah edib: “Mən ona inanmışdım. Deyirdi ki, mənə hörmət edəcək. Gürcüstanda 1 milyon yarıma evinin olduğunu, satıb iş quracağını, daha sonra hazırda təmiri gedən evlərini satacağını dedi. Yük maşınlarının olduğunu, Gürcüstana yük daşıdığını deyirdi. Mən də ona inadım”.
Təqsirləndirilən şəxs isə ona qarşı irəli sürülən ittihamlarla razı olmadığını deyib: “Mən Firuzə Qasımovanın obyektini icarəyə götürüb, vəkillik fəaliyyəti ilə məşğul olurdum. İcarə haqqına 1500 borcum var idi. 3 min verəcəyimlə razılaşdım. İttihamda yazılıb ki, guya mən Firuzə Qasımovadan işə düzəltmək adı ilə pul almışam. Mən nəqliyyat sahəsində idim. Vakant yer də ancaq sürücülük idi. 70 yaşlı qadını sürücü kimi işə götürəcəkdim? Mən xahiş edirəm ki,  Firuzə xanım düzünü danışın. Mən pulu borc almışam. Firuzə Qasımova özü faizə pil verirdi. Mənə hörmət edib, borc verdi”.
Zərərçəkmiş qadın isə doğru danışdığını bildirib. Əziz Kərimzadə zərərçəkmişə bacısı ilə görüşdüyünü və dəymiş zərərin ödəniləcəyini deyib. Digər zərərçəkmişlər isə məhkəmədə iştirak etməyib. Məhkəmə prosesi oktyabrın 17-də davam etdiriləcək.
Qeyd edək ki. Ə.Kərimzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bu iş üzrə 4 nəfər zərərçəkmiş şəxs var. Ə.Kərimzadə ümumi olaraq 60 min manatdan çox məbləği mənimsəməkdə təqsirləndirilir. Ə.Kərimzadə ona qarşı irəli sürülən ittihamla razılaşmır.
Qeyd edək ki, Ə.Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olub. O, ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlunun ondan 12 min manat alaraq mənimsədiyini bildirmişdi.
2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilmiş, məhkəmə zalından azadlığa buraxılmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=78448

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31