Sabah Bakıda həyat iflic ola bilər – Rəsmi xəbərdarlıq

11.10.2016 - 10:56
261274Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova oktyabrın 11-12-nə olan hava proqnozunu açıqlayıb:
“Oktyabrın 12-dək buludlu hava şəraiti müşahidə ediləcək. Yarmadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və gündüz arabir güclənəcək. Havanın temperautu gecə saatlarında 14-17, günorta saatlarında isə 20-23 dərəcə olacaq. Şərq rayonlarında yağış yağacaq, arabir şimşək çaxacaq. Günorta saatlarında bəzi rayonlarda yağıntılarda qısa faislələr olacaq, dağlıq ərazilərdə havanın temperaturu 6-15, gündüz isə 14-19 dərəcə olacaq”.
Havaların yağmurlu keçməsi sürücülərlə yanaşı piyadaları da narahat edir. Səbəb küçələrdə kanalizasiya sistemlərinin işlək vəziyyətdə olmaması, yağış sularını ötürə bilməməsidir. Nəticədə nəqliyyat iflic olur, sürücülər və vətəndaşlar vəziyyətdən şikayətlənir. Məsələ ilə bağlı “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı ilə danışdıq. Görəsən sabaha müəyyən tədarük görülübmü?
A.Cəbrayıllı kanalizasiya sistemində olan problemlərlə razılaşmayıb. Onun sözlərinə görə, kanalizasiya sistemində heç bir problem yoxdur, hər şey qaydasındadır. Mətbuat katibi intensiv yağışların yağması ilə əlaqədar olaraq yaranan arzuolunmaz vəziyyəti yağış kanalizasiya sistemlərinin olmaması ilə izah edib:
“Yağışlar intensiv xarakter alarsa, bu zaman kanalizasiya sistemində müəyyən problemlər yaranır ki, bunun da əsas səbəbi həmin sistemin yağış suları üçün deyil, məişət təsərrüfat suları üçün hesablanmasıdır. Yağış kanalizasiya sistemlərinin olmaması nəticəsində arzuolunmaz mənzərə ortaya çıxır. Nəticədə bizim kanalizasiya sistemimizin fəalaiyyəti korlanır”.
A.Cəbrayıllı şəhərdə nəqliyyatın hərəkətinin yolları basan su səbəbindən iflic olmasının qarşısını almaq üçün yağış kanalizasiya sisteminin quraşdırılmasının vacibliyini vurğulayıb.
Bu isə o deməkdir ki, sabah havanın yağmurlu keçməsi yenidən nəqliyyatı iflic vəziyyətə salacaq. (cebhe.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=78519

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31