“Bank Standard”ın qarşısında izdiham

11.10.2016 - 11:34

download-1Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin əmanətçilərinə bu gündən etibarən kompensasiya ödənişinə başlanması Bankın baş ofisinin qarşısında izdiham yaradıb.

Buna səbəb “Bank Standard”ın filiallarının müştərilərinin də pulunu almaq üçün baş ofisə üz tutması olub.

Bununla belə, əmanətçilərə izah edilib ki, kompensasiya həm də filiallarda ödənilir və hər bir müştəri əmanət hesabının olduğu filiala üz tutmalıdır. Bundan sonra əmanət sahiblərinin sayında nisbətən azalma müşahidə edilib.

Əmanətçilərin sayının çox olduğu və baş verə biləcək xoşagəlməz hallar nəzərə alınaraq “Bank Standard”ın qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə xeyli sayda post-patrul xidmətinin əməkdaşları, eləcə də təcili tibbi yardım xidməti cəlb edilib.

Qeyd edək ki, əmanətçilərin pulu növbəyə yazılmaqla qaytarılır. Bunun üçün ilk növbədə onlara Əmanətlərin Sığortalanması Fondunun adına yazılmış kompensasiyanın ödənilməsi haqqında ərizə forması təqdim olunur. Ərizə doldurulduqdan sonra əmanətçiyə ödəniş verilir.

b62c2d87-5814-455e-b9eb-25740aa3d6e3_675

Short URL: http://www.cumhuriyyet.net/?p=78534

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31