Qələbədən sonra futbolçularımız nə qədər qazandı? — Məbləğ

11.10.2016 - 11:51

xdc-jpg-pagespeed-ic-gnisd2qsllDÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin Norveç üzərində 1:0 hesablı qələbə qazanması futbolçuların büdcəsini xeyli zənginləşdirib.

Oktyabrın 8-də qeydə alınan nəticəyə görə fantastik mükafat ayırıb.

Məlumata əsasən, oyuna start heyətdə başlayan hər futbolçuya 50 min manat veriləcək. Matça sonradan daxil olan Ramil Şeydayev, Bədavi Hüseynov və Namiq Ələsgərov isə mükafatın 75%-ni alacaq – 37500 manat.

Ehtiyatda qalan doqquz futbolçunun hər biri isə 25 min manat alacaq. Bu isə o deməkdir ki, futbolçular üçün ümumilikdə 887500 manatlıq mükafat büdcəsi ayrılıb.

Təbii ki, bu qələbədən seçməmizin baş məşqçisi Robert Prosineçki də öz payını alacaq. Bunu da nəzərə alsaq, deməli, mükafatın məbləği bir milyon manatı keçir.

Məsələ ilə bağlı Bizimyol.info saytının əməkdaşı Azərbaycan Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayevlə əlaqə saxlayıb. O açıqlamasında “belə məsələlərin ona aid olmadığını, ancaq məsələnin doğru olduğunu, futbolçulara hər qələbəyə görə mükafat veriləcəyini bildirib.”(Futbol11.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78542

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31