Xalq şairinin qızından atası ilə bağı tükürpədən sözlər

11.10.2016 - 12:22

261286Xalq şairi Hüseyn Arifin qızı ATV-nin efirində atası ilə bağlı maraqlı faktlar açıqlayıb. Şairin qızı Zöhrə Hüseynzadə keçmişi vərəqləyib:

“1976-cı ildə yenicə ali məktəbi bitirən qardaşım Arif avtomobil qəzasında həlak oldu. Maşını sürən qohumumuz idi, qardaşımdan başqa hec kimin burnu da qanamamışdı. O faciədən sonra ailəmizin xoşbəxt günlərinə son qoyuldu. Arif Bakıda babamın məzarı yanında dəfn olunmuşdu, sonradan atam onun nəşini Ağstafaya anasının yanına aparıb dəfn elədi. Arifin məzarı üstündə heykəlini qoydurmuşdu, gedib, onunla təsəlli alırdı. Atam yaşamaq istəmirdi. O, ölümünü kodlaşdırmışdı. Bir dəfə Bakıdakı evimizdə oturmuşdum, atam evdə yox idi. Öz açarı ilə qapını açıb evə necə gəldisə xəbərim olmamışdı. Mən olan otağa boylanıb dedi ki, bu il öləcəm. Həmin il Ağstafaya getdi, altı ay çəkmədi ki, dünyasını dəyişdi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78550

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31