Maşallah Əhmədov məhkəmədə jurnalistlərin iştirakına etiraz etdi

11.10.2016 - 12:28

1458040606_1450335049_mashallah_ehmedov7Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Hakim bildirib ki, məhkəmədə iştirak edən təqsirləndirilən şəxs M.Əhmədov jurnalistlərin prosesdə iştirak etməsinə etiraz edib.

Prosesə M.Əhmədovun vəkili gəlmədiyi üçün təqsirləndirilən şəxs vəkilinin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini istəməyib. Məhkəmənin hazırlıq iclası oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, məhkəmə qərarı ilə sonradan ev dustaqlığı ilə əvəzləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=78555

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31