13 saylı “kalon”a xüsusi təyinatlılar yeridildi

11.10.2016 - 12:33

penitensiar_101011_5Penitensiar Xidmətin 13 saylə cəzaçəkmə müəssisəsinə xüsusi təyinatlılar yeridilib.

Bu barədə Penitensiar Xidmətdəki mənbə məlumat verib. Məlumata görə, 2 gün əvvəl müəssisəyə daxil olan xüsusi təyinatlılar mıəhbuslara qarşı fiziki zorakılığa əl atıblar.

Məhbuslarda Füzuli Rayon sakini Elvin Mahmudov və Cəlilabad rayon sakini Emin Əlizadə ağır bədən xəsarətləri alıb. Dəhşətli işgəncəyə məruz qalan hər iki məhkum müəssisədən çıxarılaraq, “Tubzon” (“vərəm zonası” mənası verir – red.) adlandırılan “işgəncə kalonu”na göndəriliblər. Qeyd edək ki, ölkənin bütün müəssisələrində “islah olunmayan” məhkumlar

“Tubzona” göndərilir və orada amansız işgəncələrlə üzləşirlər.

Məlumatda qeyd olunur ki, hər iki məhkum oarada ac-susuz saxlanılır, gündə iki dəfə döyülür.

Xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqovla əlaqə saxladıq. O, müəssisəyə qoşun yeridilməsini təkzib etsə də adıçəkilən məhkumlarla bağlı bizə məlumat verəcəyini dedi.

Xatırladaq ki, 13 saylı cəzaçəkmə məsissəsində vicdan məhbuslarından Əbdül Əbilov və İlkin Rüstəmzadə saxlanılır.( Gununsesi.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=78561

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31