Soso Pavliaşvilini Azərbaycanın “qara siyahı”sından Emin Ağalarov xilas edib

11.10.2016 - 13:40

soso1476177642Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi gürcü əsilli rusiyalı müğənni Soso Pavliaşvilinin adını “qara siyahı”dan çıxardı. Müğənni həmin siyahıya 2005-ci ildə Xankəndində verdiyi konsertə görə salınmışdı.

Məsələ ilə bağlı müğənni Rusiyanın NSN saytına müsahibə verib. Pavliaşvili adının “qara siyahı”dan necə çıxarılması barədə danışıb.

“Hər şey dostun Emin Ağalarorovun məni “JARA” musiqi festivalına dəvət etməsindən sonra başladı. Mən hansı səbəblərə görə Azərbaycana gələ bilməyəcəyimi izah etdim. Emin müəyyən şəxslərlə danışdı və hamı anladı ki, bu ciddi bir şey deyil. Onlar dedi ki, “problem yoxdur”. Mənim mahnılarım Azərbaycanın bütün restoranlarında, bayramlarında səslənir. Və mən Azərbaycan dəvət olunsam, böyük məmnuniyyətlə ora gedəcəm”.

Soso Pavliaşvili dekabr ayında Bakıda xeyriyyə konserti verəcəyini deyib.

“Dekabrda Bakıda böyük konsert vermək qərarına gəldik. Və mən konsertin təşkilatçısı olan Eminlə bu qərara gəlmişəm ki, toplanan bütün vəsait xəstə uşaqların fonduna köçürülsün”.

Dağlıq Qarabağda konsert vermək planlarına gəlincə, müğənni  belə bir təklifin olmadığını deyib.

“Amma Yerevana getmişəm, gedirəm və gedəcəm. Çünki ora mənim ikinci evimdir”.

Sonda müğənni Bakıdan tanımadığı şəxslərin ona zəng etdiyini, hal-əhval tutduğunu və Bakıda gözlədiklərini deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=78584

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31