Mingəçevirin rəisi 45 yaşa qədər qadınların işləməsini qadağan edib? – İDDİA

11.10.2016 - 16:21
261315Ötən gün Mingəçevir Rayon Polis İdarəsinin rəisi, polkovnik Cavid Muradovun əməlləri ilə bağlı yazını təqdim etmişdik. Qaynarinfo.Az xəbər verir ki, bu gün rəislə bağlı yeni məlumatlar yayılıb.
7news.az saytı yazır ki, Cavid Muradovun şəxsi göstərişinə əsasən bir sıra müəssisələrdə, restoranlarda, çay evlərində, marketlərdə 45 yaşına qədər olan qadınlar işləyə bilməz. Bu kimi obyekt sahibləri rəisin dediklərinə riayət etmədikləri təqdirdə rəis müavini (Mehman – red.) həmin obyektin sahiblərinə qarşı “kriminal avtoritet” kimi davranmağa başlayır.
Saytın redaksiyasına göndərilən müraciətdə deyilir ki, 45 yaşına qədər qadın işçi götürmək istəyən obyekt sahibləri bunun üçün rəisə kifayət qədər ciddi “haqq” verməlidirlər. Sahibkarlar qeyd edirlər ki, rəis onların qarşısında iki yol qoyub: ya qadınlar işləməməli, ya da aylıq haqq ödənməlidir.
Məsələ ilə bağlı qarşı tərəfin və Daxili İşlər Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=78616

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31