“Kaş, bütün qurumlar DİN kimi müraciətlərə həssas yanaşaydı…”

12.10.2016 - 12:39

?????????????????????????????????????????????????????????

Son günlər elektron KİV-də və sosial şəbəkələrdə yol polisi tənqid atəşinə tutulur. Sumqayıtda Cəmil Məmmədov adlı sürücünün özünü yandırması bu tənqidlərin dozasını artırdı.
Məlum oldu ki, onun idarə etdiyi “Naz Lifan” markalı avtomobillə törətdiyi ciddi qanun pozuntularına görə 43 min manat cəriməsi var.

Politika.Az-a bir qrup sürücü tərəfindən ünvanlanan müraciətdə deyilir ki, bu əməlləri törətməyə, ölkə qanunlarını ayaqlar altına atmağa kimsənin hüququ yoxdur.

Müraciətdə bildirilir ki, sözügedən sürücünün nümunəsində onlarla insanın həyatına təhlükə yaranıb: “Həmin insanların hüquqlarının pozulmasını kimin adına yazaq? Yaxşı, yol polisi onda neyləsin, vəzifəsini icra etməsin?

Kimsəyə imtiyaz yoxdur ki, statusundan sui-istifadə edib, küçələrdə meydan sulasın, 43 min manatlıq cərimə etsin. Əgər bunun qarşısı alınmasa, sonunda nə baş verəcək? – böyük xaos. Yenə də cəmiyyətimiz, vətəndaşlarımız əziyyət çəkəcəklər”.

Müraciət müəllifləri Politika.Az-a qeyd ediblər ki, dövlət yol polis əməkdaşları da, sürücülər də məsuliyyət daşıyır: “Burada təkcə hüquqi yox, mənəvi məsələ də var. Özünü Qarabağ əlili kimi təqdim etmiş Cəmil niyə düşünmür ki hər dəfə yol hərəkəti qaydasını pozub adına cərimə gələndə hansısa yaşlı adamın, körpə uşağın həyatını təhlükəyə atıb?

Bu yerdə Ulu Öndər Heydər Əliyevin çıxışlarında işlətdiyi cümlə yada düşdü. Ulu Öndər səhv etmiriksə, mətbuat işçiləri ilə görüşündə dedi ki, yol polislərinə tapşırıq verim, səhərdən yollara çıxmasınlar.

Nəticədə çox böyük problemlər yaranacaq və ölkə vətəndaşları əziyyət çəkəcəklər. Bəli, həqiqətən yollarımızda polis nəzarəti olmasa mənzil başına sağ-salamat gedib çatmağımız sual altında olar”.

Politika.Az-a məktubda bildirilir: “Üç ay əvvəl toy mərasimində iştirak etmək üçün ailəmlə Beyləqana gedirdim. Günün ikinci yarısıydı, təxminən saat 16 radələri… Sabirabad ərazisində qəflətən idarə etdiyim avtomobilin çarxında problem yarandı.

Yayın qızmar istisində təkbaşına avtomobilin çarxını dəyişmək çətin olacaqdı. Qəfildən yol polisi avtomobili yanımda dayandı. Dövlət nömrə nişanı sonluğu 966 idi.
Vəziyyətdən hali olan yol polisi gözləmədiyim halda xidməti maşınından düşüb mənə çarxı dəyişməyə köməklik etdi.

Düzü, indiyə kimi bu cür hadisə ilə rastlaşmadığıma görə təəccüblənmişdim. Sonradan öyrəndim ki, həmin yol polis əməkdaşı Sabirabad rayon ərazisində yerləşən 12-ci tağım deyilən DYP postunun işçisidir.

Məqsədimiz yol polislərini mələk qiyafəsində təqdim edib müdafiə etmək də deyil. Bütün sahələrdə kadrların hamısı nizam-intizamlı olmadığı kimi yol polisləri arasında da vəzifə səlahiyyətlərini aşan, sürücüylə kobud davranan və digər əməllər törədənlər olur.

Dövlət Yol Polisi İdarəsinin, Daxili İşlər Nazirliyinin açıqlamalarında qanun pozuntusuna yol verən əməkdaşların orqandan xaric edilməsinə tez-tez rast gəlmək olur.

Xüsusi vurğulamaq istəyirik ki, DİN rəhbərliyi və DYP idarəsinin rəisi vətəndaşların müraciətlərinə digər dövlət qurumlarından olduqca həssas yanaşırlar və ciddi araşdırılmasını nəzarətə götürürlər.

Təki bütün dövlət qurumlarımız DİN kimi vətəndaşların müraciətlərinə həssas yanaşaydılar. Onda ölkəmizdə heç bir sahədən vətəndaşlarımızın narazılığı olmazdı.

Gəlin, müstəqil dövlətimizin ərazisində yaşayan insanların təhlükəsizliyinə, sabitliyimizin qorunub saxlanılmasına, dövlətçiliyimizin möhkəmlənməsinə qarant olan polisimizi daha da ruhlandıraq, onlara dayaq olaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78722

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31