Şeyx qan verdi
Bu gün “Təzəpir” Məscidində Aşura günü ilə əlaqədar qanvermə aksiyası olub.
Qanverənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı da olub.
Qanvermə aksiyasına bir sıra ictimai-siyasi şəxslər də var. Həmin şəxslər arasında dövlət müşaviri Kamal Abdulla, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov və bəzi deputatlar, dini konfessiyaların rəhbərləri olub.
Xatırladaq ki, Səhiyyə Nazirliyi və QMİ Aşura günündə 15 məsciddə qanvermə aksiyası keçirir.
Short URL: http://www.cumhuriyyet.net/?p=78727