Bakı kəndlərində jurnalistlər məscidlərə buraxılmadı – Fotolar

12.10.2016 - 13:34
50924ddc242eBu il Bakı kəndlərində Aşura mərasimlərinin keçirilməsinə müəyyən məhdudiyyətlər qoyulub. 
Məscidlərin həyətində, həmçinin ondan kənarda dini ayinlərin yerinə yetirilməsinə, ehsan süfrələrinin açılmasına icazə verilməyib. Küçələrdə polislər gücləndirilmiş iş rejimində çalışır, hərəkətə nəzarət edir.
Diqqəti çəkən məqamlardan biri də məscidlərdə mətbuat işçilərinin çəkiliş aparmasına qadağa qoyulmasıdır. Buzovna kəndindəki Cümə məscidində çəkiliş apararkən məscidin işçiləri mətbuatın girişi ilə bağlı xüsusi təlimat olduğunu bildiriblər və içəridə çəkiliş aparılmamasını xahiş ediblər.
Qeyd ediblər ki, bu il Nardaran hadisələrindən sonra hökumət Bakı kəndlərindəki məscidlərə nəzarəti artırıb: “Məscidin axundu Hacı Soltanın mətbuat ilə bağlı xüsusi göstərişi var ki, heç bir çəkiliş aparılmasın. Nardaran olaylarından sonra ehtiyat edirik, Buzovnada bir məscidimiz var, onun da bağlanmasını istəmirik”.
Onu da qeyd edək ki, yolboyu kəndin girişindən başlayaraq ziyarətgaha doğru insanlar hərəkət edir. Məsciddə yüzlərlə insan mərsiyələr oxuyub, sinə vurub.
Bu gün qətl sınan vaxta qədər işləmək bəyənilmədiyindən yolboyu bütün ictimai iaşə obyektləri, mağazalar, hətta iri marketlər bağlıdır.(Musavat.com)






Short URL: http://www.cumhuriyyet.net/?p=78737

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31