Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında – Siyahı

12.10.2016 - 16:26

hava-%c9%99sasBeynəlxalq İqtisadi Forum dünyanın ən təhlükəsiz ölkələrinin adını açıqlayıb.

141 ölkənin yer aldığı reytinqdə Azərbaycan 36-cı pillədə qərarlaşıb. Dünyanın ən təhlükəsiz ölkəsi isə Finlandiya seçilib. Qətər 2-ci, Birləşmiş Ərəb Əmirlikləri 3-cü, İslandiya 4-cü və Avstriya isə 5-ci pillədə qərarlaşıb.

İlk onluqda Lüksemburq (6), Yeni Zelandiya (7), Sinqapur (8), Oman (9) və Portuqaliya (10) da yer alıb. Rusiya Beynəlxalq İqtisadi Forumun siyahısında 126-cı yerdə qərar tutub. Sonuncu yeri isə Suriya, Çad və Nigeriya bölüşdürüb.

Region dövlətlərindən Ermənistan 38-ci, Gürcüstan isə 32-ci pillədə yer alıb.

Reytinq tərtib olunan zaman ölkələrdə cinayətkarlıq faizi, terror təhlükəsi və hüquq-mühafizə orqanları ilə vətəndaşların münasibətləri əsas götürülüb.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78776

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31