Naməlum varlıqların şok görüntüsü – Video

12.10.2016 - 18:02

img2216885ARB TV-nin “Pəncərə” verilişində maraqlı sujet yayımlanıb.

Müşahidə kameralarına düşən müəmmalı varlıqlar. Daha çox kinolarda görmüşük. Amma real həyatda da gözlə görənlər olur. Sosial media tükürpədici kadrlarla aşıb daşır. Dünyanın ən müxtəlif ölkələrində təhlükəsizlik kameralarına yansıyan qaraltılar, kölgələr izləyənləri dəhşətə gətirir.

Bəzən bu varlıqları gözlə görmək də mümkün olur. Hər halda canlı şahidlər belə iddia edir. Bəzən isə onları öz gözlərimizlə görə bilmirik, əvəzində kameralara çox açıq aşkar şəkildə düşürlər.

Nədir, yaxud kimdir onlar? Bu sual illərdir öz aktuallığını qoruyub saxlayır. Dünyada aidiyyatı mütəxəssislər bu cür görüntüləri necə izah edir? Axı bəşəriyyətdə belə görüntülərdən dəhşətli qorxu hissi keçirən, xəstəlik tapan bir xeyli insan var. Kimisi ruhlar deyir, kimisi cinlər, kimisi də buna sadəcə insan övladının gözünə görünən aldadıcı təsvir kimi baxır.

Hər halda dünyanın kabusuna çevrilən bu varlıqlar qorxutmaqda davam edir. Mövzu ilə bağlı həkim-psixoterapevt, parapsixoloq Cabbar Qurbanovla görüşdük.

Cabbar Qurbanov: “Bəzi işıq dalğaları var ki, biz onları görmürük. Həmin işıq dalğaları müəyyən yerlərdən keçəndə, süzüləndə insanabənzər forma ala bilir. Amma bu, məsələnin tam izahı deyil, bir versiyadır. İnsanın ətrafında fiziki bədəndən əlavə, daha 6 bədən mövcuddur. Fiziki bədənlə birlikdə cəmi 7 bədəndir. İnsan dünyasını dəyişdikdən sonra, fiziki bədən hələ dağılma prosesində olanda, energetik bədən fiziki bədəndən ayrılır və ən azı 1 həftə yaşaya bilir. Eyni zamanda fiziki bədənimizin yaxınlığında çoxsaylı məxluqlar var”.

Doğrudur, montaj edilərək yayılan saxta görüntülər də çoxdur. Amma canlı şahidlərin görüb dilə gətirdiyi faktlar da var axı.

Bu cür naməlum qüvvələrin var olub-olmadığını yoxlamaq üçün gənclər gecə boş otağa kamera yerləşdiriblər. Səhərə kimi otağa heç kim girmir. Səhər həmin çəkilmiş videoya baxış keçirilir və kameraya düşən görüntülər şok effekti yaradır. Əgər otağa heç kim daxil olmursa, o zaman əşyaların öz-özünə tərpənməsinə səbəb nə ola bilər axı?

Müxtəlif ölkələrdə siravi insanların əl kamerası, yaxud telefonla çəkiliş edərkən kadra düşən naməlum görüntülər də uzun illər danışılıb.

Bəzən ağ geyimli, bəzən oyuncaq obrazlı, bəzən də qorxunc simalı görünən bu qüvvələr varsa, kimdilər və hardan peyda olublar. Yox əgər yoxdursa, insanları vahiməyə salan nədir?

Short URL: http://www.cumhuriyyet.net/?p=78799

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31