Göyəmli ailə: “5 ildir küçələrdəyik”

13.10.2016 - 10:03

f3c5639d-63e4-4a6d-8393-036dc8329a07_w987_r1_sZaqatalanın Göyəm kəndində yaşayan Bəsti Anayeva 5 ildir ailə üzvləri ilə birlikdə evindən didərgin düşdüyünü deyir.

2011-ci ildə rayonda baş verən zəlzələnin fəsadları bu ailədən də yan ötməyib. Evin bir hissəsi dağılıb. O vaxtdan bəri ailə Bakıda ucuz qiymətə ev kirayələyib yaşayır. Bəsti Anayeva hər dəfə rayona gedəndə, yolunu mütləq icra hakimiyyətindən saldığını və evinin taleyi ilə maraqlandığını bildirir:

“Elə ailələr var ki, çağırıb pul verdilər, onlar da evini təmir-bərpa elədi. Bizsə hər dəfə kənarda qaldıq”.

“Mən də həmin kənddənəm”

Sevinc Qasımova da eyni kənddəndir. Evi qəzalı vəziyyətdə olduğundan, rayonda qohumlarından birinin evinə sığınıb. Deyir, düz 5 ildir kiminsə evində “qonaq olmaqdan” xəcalət çəkir:

“Bizə yardıma milyonla pul ayrıldı, bir qəpiyi də bizə çatmadı. Evimiz qəzalı vəziyyətdədir, onun-bunun qapısında qalırıq. Zəlzələdən bir gün sonra məmurlar ev-ev gəzib söz verdilər ki, hər şey yüksək səviyyədə həll olunacaq. Ancaq bu günəcən evsiz-eşiksiz qalmışıq”.

Sevinc Qasımova zəlzələdən sonra Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) əməkdaşlarının onun evinə dəfələrlə baxış keçirməsinə də diqqət çəkir:

“Heç onu da etmədilər”

“Evimizin yenidən tikilməsi barədə rəy vermək əvəzinə, bərpa-gücləndirmə təyin etdilər. Ancaq heç onu da etmədilər. Halbuki, rayonda evləri az zərər çəkən sakinlər 5-10 min manat rüşvət verib yenisini tikdirdilər. Prezidentə teleqram vurdum, nəticəsi bu oldu ki, gəlib evə təkrar baxış keçirdilər və çıxıb getdilər. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova da teleqram vurmuşam. İndiyədək cavab verilməyib. Dövlət büdcəsindən zəlzələ bölgəsinə dəfələrlə pul ayrılıb. Gec də olsa, gəlib evimizi düzəltsinlər”.

Zaqatala RİH-dən Azadlıq Radiosu-na zəlzələdən zərərçəkənlərə hər cür dövlət yardımı olunduğu bildirilib. Bu da deyilir ki, “bəzi ailələr zəlzələdən əvvəl yararsız vəziyyətdə olmuş köhnə evlərini də icra hakimiyyətinə sökdürüb təzədən tikdirmək istəyirlər. O kənddə bütün evlərə baxış keçirilib, siyahıyalma gedib, təmirə ehtiyacı olan evlərə pul ödənilib, bərpa olunmalını bərpa ediblər. Həm də bu məsələ ilə biz məşğul olmuruq. Təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş evlərlə Fövqəladə Hallar Nazirliyi məşğul olur”.

Zəlzələ qurbanları prezidentə müraciət ediblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=78812

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31