Valideynlər işgəncə alan məhbuslarla görüşə buraxılmadı

13.10.2016 - 10:57

penitisianar_xidmet_mualice_muesisesi_050413Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinə xüsusi təyinatlılar yeridilərkən fiziki zorakılığa məruz qalan, ağır bədən xəsarətləri aldığı ehtimal edilən məhbuslardan xəbər yoxdur. 

Döyüldükdən sonra “Tubzon” adlandırılan işgəncə kalonuna aparılan Elvin Mahmudovun ailəsi onunla görüşmək istəsə də buna nail ola bilməyib. Məhkumun valideyinləri bir neçə saat “Tubzon”nun qarşısında gözləsələr də onlara nə görüş verilib, nə də övladları barəsində bir məlumat deyilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Penitensiar Xidmətin xüsusi təyinatlıları 13 saylı cəzaçəkmə müəssisəsinə daxil olaraq, bir neçə məhkumu vəhşicəsinə döyüblər. Məhkumlardan Elvin Mahmudov və Emin Əlizadə ağır bədən xəsarətləri alıb. Onların hər ikisini “Tubzon”a aparıb, orada yenidən döyüblər.

Qeyd edək ki, olayla bağlı Ombudsan Aparatından Gununsesi.info-ya bu xəbərin araşdırıldığı və ictimaiyyətə məlumat veriləcəyi deyilib.(gununsesi.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=78823

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31