Azərbaycanda bu cinayətə görə ömürlük cəza veriləcək

13.10.2016 - 12:02

parlamentAzərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına görə, ömürlük cəza tətbiq olunacaq.

“Report”un xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında Cinayət Məcəlləsinə yeni 278.2 maddəsinin salınması təklifi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, Azərbaycanın konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.

Cinayət Məcəlləsinə yeni maddənin əlavə olunması təklifi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, bu layihə Milli Məclisə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=78840

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31