İran şahının arvadı Bakıya niyə gəlmişdi?

13.10.2016 - 14:31

14731108_1316376475069112_1713509760677579872_n1476354463Yayımladığımız bu foto İran şahının 3-cü arvadı Fərəh Pəhləvinin Bakı səfərini özündə əks etdirir. Söhbət İran şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı, “Şahbanu” titulunu almış yeganə xanım Fərəh Pəhləvidən gedir.

O Fərəh Pəhləvidən ki, şahın əvvəlki iki arvadından fərqli olaraq ona varis (oğlan övladı) dünyaya gətirə bilmişdi.

Əslən azərbaycanlı olan Fərəh xanım hazırda ABŞ-da yaşayır…

Bu fotoşəkil Fərəh Pəhləvinin Bakı səfəri haqda təsəvvür yaradır

Zaman 1972-ci il… Məkan Bakı şəhəri .. Şahbanu Fərəh Pəhləvi Azərbaycan SSR-ə dəvət olunub. Bakıda onun üçün dəbdəbəli qonaqlıq təşkil olunur. O zaman Şahbanunun Bakıya gəlişi münasibətilə keçirilən konsertdə Azərbaycanın ən aparıcı artistləri – Zeynəb Xanlarova, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Rəşid Behbudov, Fidan Qasımova və başqaları çıxış edirlər….

Fərəh xanımı Bakıda o vaxtki “25-lar bağı”na, İncəsənt Muzeyinə, Dənizkənarı bulvara, Dağüstü parka, Konservatoriyaya  aparıb şəhəri tanıtdırırlar.

Həmin illəri xatırlayan xalq artisti Fidan Qasımovanın sözlərinə görə, İran şahının xanımı Bakıda olanda “Arşın mal alan”ın valını axtarıb. Dükanları gəzib, valı tapa bilməyən şahbanuya isə mayestro Niyazi kömək edib.

Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi (1967) keçirilib, ona şahbanu titulu verilib.  21 yaşlı Fərəh və 40 yaşlı Məhəmməd Rza Pəhləvinin toyu 1959-cu il dekabrın 21-də baş tutmuşdu.

Bu evlilikdən onların dörd övladı olub: Rza Kir Pəhləvi (1960), Fərəhnaz Pəhləvi (1963), Əli Rza Pəhləvi (1966), Leyla Pəhləvi (1970).

Şah və şahbanu İranı müasirləşdirməyə çalışırdılar.

Məhəmməd Rza Pəhləvi 16 sentyabr 1941-ci ildən 11 fevral 1979-cu il tarixinədək İranda şahənşah olub. 1979-cu ildə İranda şahənşahlıq ləğv olunur, inqilab nəticəsində şah hakimiyyəti devrilir.

və İran İslam Respublikası elan edilir.

Nəticədə vətənini tərk edərək mühacirətə yollanan şah 27 iyul 1980-ci ildə 60 yaşında Misirin paytaxtı Qahirədə ölür. Onu Əl-Rifahi məsçidində dəfn edirlər.

Şahın ölümündən sonra Misir prezidenti şah ailəsinə yaşamaları üçün saray ayırdı. Amma prezidentin qətlə yetirilməsi səbəbilə Fərəh Pəhləvi və ailəsi Misiri tərk edərək prezident Reyqanın dəvəti ilə ABŞ-a yollandı.

2001-ci ildə Fərəh Pəhləvinin qızı şahzadə Leyla vəfat etdi.

2011-ci ildə ailəyə növbəti bədbəxtlik üz verdi. Məhəmməd Rza Pəhləvinin kiçik oğlu Əlirza Pəhləvi ABŞ-da intihar etdi.

Bu gün şahbanu Fərəh Pəhləvi Parisdə və Vaşinqtonda yaşayır. Böyük oğlu da ailəsi ilə bərabər Vaşinqtondadır. İran mühacirlərinin bir hissəsi onu “şah” adlandırır. Atasının vəfatından sonra Rza Kir Pəhləvi varis kimi bu titulu götürüb.

Şahbanu oğlunun siyasi fəaliyyətini dəstəkləyir, amma özü kölgədə qalmağı sevir. Fərəh xanım əvvəlki kimi incəsənətlə də məşğul olur. Ona əvvəlki kimi şahbanu deyərək müraciət olunur.

Pəhləvilər ailəsi hazırda İranda “arzuolunmaz ailə” statusunu daşıyır.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78880

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31