Eldəniz Quliyev “Bandotdel”ə çağrılıb

13.10.2016 - 16:04

7c2cb94d-bf99-4fcf-979b-4e4dcaba6f87_cx15_cy10_cw85_w987_r1_s_r1Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb.

Bu barədə Azadlıq Radiosuna Eldəniz Quliyev özü məlumat verib.

O bildirib ki, telefon vasitəsilə sabah (oktyabrın 14-də) səhər saatlarında idarəyə gəlməsi istənilib. Amma çağrılmanın səbəbi barədə heç nə deyilməyib.

Eldəniz Quliyev 2014-cü il oktyabrın 30-da daxili işlər naziri Ramil Usubovun iddiası əsasında Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə təqsirli bilinərək, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 1000 manat cərimə və 480 saat ictimai işlər cəzasına məhkum edilmişdi.

Daha sonra o, ötən il dekabrın 3-də sərhəddə, İrana gedərkən saxlanılaraq polisə təhvil verilib. Bir gün sonra polis bunu «texniki səhv» adlandırıb, üzr istəyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=78898

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31