“Bu cür qadağalarla qısamüddətli nəticələr əldə etmək olar” – Elşad Miri
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında Cinayət Məcəlləsinin 168-1.1-ci maddəsinə əlavələr edilməsi təklifi müzakirəyə çıxarılıb.Dəyişiklik layihəsinə əsasən, xaricdə dini təhsil alanlarla yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda İslam dininə aid ayinlərin və mərasimlərin həyata keçirmələri qadağan olunur.
Məsələ ilə bağlı danışan ilahiyyatçı Elşad Miri bildirib ki, bu cür qadağalarla qısa müddətli nəticələr əldə etmək olar, uzun müddətli deyil:
“Dini ayin deyəndə nə nəzərdə tutulur? Birinci bu məsələnin özü açıqlanmalıdır. İslamda dini ayin varmı? Bu anlayış sonrakı dövrlərdə uydurulmuş və ənənəvi din deyilən anlayışdan ortaya çıxmış məsələdir. Bunun nəticəsində də din xadimi anlayışı ortaya çıxır. Həmin din xadimləri də bu gün dini ayinlər deyilən mərasimləri həyata keçirmək üçün olur. İslamda belə bir anlayış yoxdur. İslamda məscid imamının xüsusi olaraq bir adamın təyin edilməsi yoxdur. Məscid imamı orda olan hər hansı bir şəxsin namaz qıldırması, orda imamlıq etməyidir”.
İlahiyyatçının sözlərinə görə, bu günki situasiyada Qafqaz Müsəlmanları İdarəsinin insanlara molla, axund, qazi, şeyxülislam anlayışlarını sırıyıb: “İnsanlar da bunun nəticəsində gedib onlara müraciət edir. Vəfat edən bir şəxs olanda, kəbin kəsiləndə onlara müraciət olunur. Bu olur dini ayin. Bu günləri Harvard Universitetində oxuyub gələn insanla, Ərəbistanda oxuyub gələn insanın arasında bir fərq varmı? İkisi də xaricdə oxuyub gəlib. Amma mən gedib Oksford da dinlə bağlı bir kurs keçsəm, müdafiə edib gəlsəm, mən də xaricdə oxumuş sayılıram. Bunun mahiyəti nə olur? Bu məslədə bir az boşluq var. Bu günləri BDU-nun İlahiyyət fakültəsinin müəllimlərinin çoxu xaricdə oxuyub gəlib. Yaxud xaricdə oxuyub gələn insanlardan biz dərs öyrənmişik. Yerli mütəxəssis olmayıb. Buna görə də məsələ öz həllini düzgün tapmalıdır”.
Elşad Miri qeyd edib ki dövlətin bu qanunu çıxarmaqda məqsədi var: “Bu günləri qeyri-qanuni surətdə Ərəbistana gedib, orda dini təhsil alırlar. Sonra da orda öyrəndiklərini gətirib insanlara sırıyırlar. Bir çox insanlar da bunun üzündən problemlər yaşayır. Hamsı buna görədir ki, yerli insanların kənarda oxuyub gəlmiş insanların təsirinə düşmə mexanizmini azaltsınlar. Bunun üçün qanundan daha çox, alternativ qaydalar tətbiq olunmalıdır. Dinlə bağlı orta məktəblərdə fakultətiv də olsa fənn tədris olunsun. İslam Unversiteti molla, axund yetişdirməkdən vaz keçib, insanlara dini dəyərləri aşılasın. İlahiyyat fakültəsinin buraxdığı tələblər hardasa işlə təmin olunsun. Bu zaman nəyəsə nail olmaq olar. Amma faktiki olaraq bu cür qadağalarla qısa müddətli nəticələr əldə etmək olar, uzunmüddətli deyil”.(Qaynarinfo.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=78918