Ancelina Colidən İŞİD haqda maraqlı status

14.10.2016 - 01:17

rrDünya şöhrətli aktrisa Ancelina Coli “FaceBook” səhifəsində İŞİD terrortəşkilatı ilə bağlı paylaşımı ilə sosial şəbəkədə böyük səs-küyə səbəb olub. Publika.az sizinyol-a istinadən xəbər verir ki, aktrisa bu paylaşımı ilə özünün İŞİD-lə bağlı mövqeyini sərgiləyib. Amma bu mövqe bəzi təkfirçi qruplaşma tərəfdarlarının, o cümlədən müsəlmanları qəddar kimi tanıtdırmaq istəyənlərin ürəyincə olmayıb.
Aktrisa İŞİD təkfirçiləri ilə bağlı izlədiyi videodan sonra yazıb:
“Dünən bir videoda İŞİD-çinin xristian ər-arvadın avtomobilini dayandırdığını izlədim.
Silahlı dedi: Siz müsəlmansınız?
Xristian kişi: Bəli.
Silahlı: Əgər həqiqətən müsəlmansınızsa, Qurandan bir ayə deyin.
Xristian kişi “İncildən” bir ayə oxudu. Bundan sonra İŞİD-çi silahlı onlara keçid icazəsi verir.
Təhlükə sovuşduqdan sonra qorxudan çətinliklə nəfəs alan xanım həyat yoldaşından soruşur ki, necə belə bir risk etdin?! Xanım əmin idi ki, terrorçu onların yalan danışdığını anlasaydı düşünmədən ikisini də öldürəcəkdi.
Kişi cavabında deyir: “Mən əmin idim ki, problem olmayacaq. Çünki bu silahlı ömründə Quran oxusaydı, dinc insanların qətliamı ilə məşğul olmazdı”.
Bundan sonra kişi xanımının alnından öpərək “Əmin ol ki, İŞİD-çilərin müsəlmanlarla heç bir əlaqəsi yoxdur”, söyləyir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78941

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31