Vəkili təbrizli fəalın 10 gündür aclıq etdiyini deyir

14.10.2016 - 10:02

afb63b22-aaa1-46cb-aa5a-f6f63b08405c_cx0_cy9_cw0_w987_r1_s_r1Təbrizli fəal Rəsul Rəzəvi həbsxanada 10 gündür aclıq edir. Bu haqda AzadlıqRadiosuna onun vəkili Nağı Mahmudi məlumat verib. Vəkilin sözlərinə görə, Rəsul Rəzəvi bir ilə yaxındır həbs edilib və bu onun keçirdiyi ikinci aclıq aksiyasıdır:

– Birinci dəfə bu ilin mayında 28 gün aclıq etmişdi. Ancaq ailəsinin, dostların, həmçinin ədliyyə işçilərinin xahişiylə aksiyanı dayandırdı. Bu dəfə 10 gündür ki, aclıq edir.

– Tələbi nədir?

– Rəsul Rəzəvi son 10 ildə dəfələrlə həbs olunub. Bir dəfə Urmiyə gölünün qurumasına, ikinci dəfə İran televiziyasında Azərbaycan türklərinin təhqir edilməsinə etirazını bildirdiyinə görə saxlanıb. Üçüncü dəfə isə uyğur türklərinə görə. İranda Ramazan ayının son cüməsi «Qüds günü» elan olunub. Rəsul bəy də keçən Ramazanın son cüməsində bir neçə dostu ilə plakatlar asmışdı, şüarlar səsləndirmişdi. O, Çində uyğur türklərinə ağır təzyiqlər göstərildiyini və Pekinin bunu dayandırmalı olduğunu bildirmişdi. Buna görə də saxlanmışdı. Rəsul bəy dəfələrlə həbs edilməsinə və ağır işgəncələrə məruz qalmasına etiraz olaraq aclıq edir. Eyni zamanda, o, ədalətli mühakimə tələb edir.

– Bəs rəsmi qurumlardan onun vəziyyəti və tələbləriylə maraqlanan olub?

– Təəssüf ki, bu günə qədər maraqlanan olmayıb. Biz onun haqq səsini çatdırmağa çalışırıq. Bu dəfə o bildirib ki, tələbləri yerinə yetirilməyənədək aclığı dayandırmayacaq.

– Ona işgəncə verildiyini söylədiniz. Söhbət fiziki işgəncələrdən gedir?

– Həm fiziki, həm də ruhi işgəncələr verilir. Ailəsinə təzyiq göstərilir. Təəssüf ki, sırf fiziki işgəncə deyil. Özünə, ailəsinə təhdidlər var. Rəsul bəyi dəfələrlə təhqir ediblər.

– Siz hazırda Almaniyadasınız. Hansı hüquqi yardımı göstərə bilirsiniz?

– Təəssüf ki, onun İranda birbaşa hüquqlarını müdafiə edəcək imkanım yoxdur. Mən də çalışıram ki, durumu, Rəsul bəyin haqq səsini beynəlxalq mətbuata, insan haqları qurumlarına çatdırım.

Short URL: http://www.cumhuriyyet.net/?p=78978

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31