Muzey işçiləri pambıq yığımında – FOTO
Saatlı Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları pambıq yığımında iştirak ediblər.
Bu barədə sosial şəbəkədə muzey öz profilində məlumat verib. Muzey paylaşdığı fotoya bu cümləni qeyd edib:
“Saatlı Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları pambıq toplanışında iştirak edir və saatlıları müstəqil Azərbaycanımızın sərvəti olan ağ qızılın toplanışında iştirak etməyə çağırır.”
Qeyd edək ki, Göyçay rayon Mərkəzi Xəstəxanasının səhifəsində də səhiyyə işçilərinin pambıq yığımına cəlb edilməsi barədə məlumat yayılmışdı.(qaynarinfo.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=79027