Sürücülərin və sərnişinlərin cərimələnməsi problemləri çözəcəkmi? – Açıqlama

14.10.2016 - 17:47

261542Azərbaycanda şəhərdaxili, rayondaxili sərnişin daşımaları yerinə yetirən avtobuslarda sərnişinlərin avtobusa ödəniş etməməsinə və sürücülərin sərnişinləri ödənişsiz daşıdığına görə cərimələnməsi qaydası dəyişib.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə  bu məsələ öz əksini tapıb. Dəyişiklik layihəsinə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat cərimə ediləcək. Bundan başqa, müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına görə sürücüyə iyirmi manat cərimə tətbiq ediləcək.Qüvvədə olan Məcəlləyə əsasən, yuxarıda qeyd olunan cərimə biletsiz getməyə və ya biletsiz aparılmaya görə tətbiq edilir.

“Biletsiz” və “sərnişinin biletsiz” sözləri “müvafiq qaydada ödəniş etmədən” və “müvafiq qaydada ödəniş edilmədən sərnişinin” sözləri ilə dəyişdirilir.

Qəbul edilən yeni qanundan əvvəl şəhərdaxili (rayondaxili) sərnişin daşımada qaydalar necə idi? Yeni qanun nələri dəyişəcək? Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, sərnişin daşımada cərimə əvvəllər də mövcud idi:

“Sürücülərə və sərnişinlərə cərimələrin tətbiqi Sovet dövründə də var idi. Bizim qanuna görə, bütün avtobuslarda bilet satılmalıdır. Amma görürük ki, şəhərdaxili sərnişin daşımada yalnız kart sistemi bəzi marşrut xəttlərində var. Şəhərlər və rayonlararası sərnişin daşımada da bilet problemi həmişə olub. Kassadan bilet alanların sayı çox azdır. Qanuna görə isə, sərnişin daşıma ilə məşğul olan hər bir sürücü biletlə işləməlidir. Amma buna nə sərnişin, nə də sürücü riayət etmir. Belə desək, bir-birlərini yola verirlər. Qanuna dəyişiklikdə yalnız terminoloji hissə nəzərdə tutulub ki, gələcəkdə elektron biletlərin satışı mümkün olsun”.

Short URL: http://www.cumhuriyyet.net/?p=79083

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31