Bakıda istehsal olunan şokoladdan qurd çıxdı

15.10.2016 - 13:05

1476517274_1476509065_63811055Bakıda istehsal olunan “Candy” şokalandlarından qurd çıxıb.

Məlumata görə, sakinlərdən biri mağazadan konfet alıb. Evə apardıqda isə konfetləri qurdlu olduğunu görüb. Mağazadan isə bildirilib ki, malın istifadə müddəti bitməyib və saxlanma şəraiti standartlara uyğun olub.

Məsələ ilə bağlı konfeti istehsal edən firmadan heç bir açıqlama verilməyib.

İqtisadiyyat Nazirliyindən isə bildirilib ki,bu konfetlərin ya istifadə müddəti bitib, yada saxlanma şəraiti düzgün olmayıb. Bu cür kiloqramla satılan məhsullarda istehsal tarixi və istifadə müddəti konfetin yox, qutunun üzərində olur. Orada məhsulu istehsal edən firma barədə məlumatlar da tam şəkildə əks olunmalıdır. Əgər məhsul zay çıxarsa, qəbzlə birlikdə mağazaya təqdim edilməlidir. Satıcı da məhsulu təhvil götürərək pulu qaytarmalıdır. Əgər hər hansı bir mağazada məhsulu qaytarmaqdan imtina edilərsə, müştəri bu barədə İqtisadiyyat Nazirliyinin 195-2 çağrı mərkəzinə müraciət edərək hüquqlarını bərpa edə bilər./XezerXeber

Short URL: http://www.cumhuriyyet.net/?p=79155

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31