Baş redaktorun xanımı nazirə yazdı

17.10.2016 - 12:48

fikr%c9%99t-f%c9%99r%c9%99m%c9%99zoglunun-ail%c9%99siJAM.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə İbişbəyli daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

Həmin müraciəti təqdim edirik:

“Daxili İşlər naziri Ramil Usubova müraciət

Cənab nazir!

Həyat yoldaşım, Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən şərlənərək həbs olunan gündən bizim ailəmizə rahatlıq yoxdu. Müxtəlif yollarla iki körpə övladım və mən təhdid altında yaşayırıq.

Tutaq ki, həyat yoldaşım Fikrət Fərəməzoğlu hansısa cinayəti törədib, bəs mənim və iki körpəmin təhdid olunması hansı qanuna və məntiqə sığır?

Mən həyat yoldaşımın heç bir cinayət törətmədiyinə əminəm. O, jurnalistdir. Yazı yazmaq nə vaxtdan cinayət sayılır? Əgər hansısa bir yazısında cinayət elementi varsa, buna hüquqi qiymət vermək üçün məhkəmə var.

Cənab nazir, məlumat üçün bildirim ki, bu təhdidlərdən biri də oktyabrın 15-də gecə saat 01:43 radələrində baş verdi. Belə ki, yaşadığımız mənzilə naməlum şəxs(lər) girmək istəyirdi. Mən hay-həşir salaraq, DİN-in 102 Xidmətinə zəng etdim və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verdim. Onlar da hadisə yerinə gəlib baxış keçirdilər.

Cənab nazir, onu da qeyd edim ki, yaşadığımız binanın ətrafında güvənlik kameraları coxluq təşkil edir. Yəni sayı 20-dən çoxdur. Hətta bizə qonşu olan şəxsin də evində kamera var ki, bizim qapıya yaxınlaşan hər kəsi görmək mümkündür. Ola bilər ki, həyat yoldaşım “pul alarkən” Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin “kameraları işləməyib”, ona görə də ortada heç bir fakt və sübut yoxdur, amma bizim binanın giriş qapısında belə kamera işləyir və binaya kimlərin gəldiyini də aydın müşahidə etmək olur.

Bir də həmin vaxt, yəni gecə 01:43 elə bir vaxtdır ki, binaya giriş az olur və bizi təhdid edənlərin kim olduğunu asanlıqla tapmaq olar.

Ona görə də Sizdən bu məsələni araşdırmağınızı xahiş edirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=79274

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31