“Təhminə”: Bakıda maşınımı güllələdilər – Video

17.10.2016 - 14:19

img2220722“Mənə dedilər ki, Azərbaycana getmə, ora təhlükəlidir”

“Təhminə” rolu ilə tanınan aktrisa Meral Konrat ARB TV-nin “Türk şou-maqazin” verilişinə  maraqlı açıqlamalar verib.

Türkiyəli aktrisa “Təhminə” filminin çəkilişi zamanı yaşadığı təhlükəli anlardan danışıb:

“Təhminə” filminin çəkilişindən sonra Azərbaycana çox gedə bilmədim. Çəkilişdən 9 il sonra yenidən qayıdanda gözlərimə inana bilmədim. Çox dəyişib, inkişaf etmişdi. Yerlə-göy qədər fərq var idi Bakıda. Çox xoşuma gəldi. Mən ilk dəfə Bakıya gələndə müstəqilliyinizi təzə qazanmışdınız. Çətin zamanlar idi və mən də çox çətinlik çəkdim. Mənə dedilər ki, Azərbaycana getmə, ora təhlükəlidir. Sizin müharibə şəraitində olmanız hər kəsi qorxudurdu. Hətta bir neçə dəfə maşınım güllələndi. Amma hər şeyə baxmayaraq çox xoşbəxtəm ki, o filmə çəkildim”.

Short URL: http://www.cumhuriyyet.net/?p=79290

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31