Azərbaycanda qurbağa əti istehsal edən ferma açıldı

17.10.2016 - 15:18

kurbaga1Azərbaycanda qurbağa əti istehsal edən ferma fəaliyyətə başlayıb.

Bu barədə Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Komitə rəsmisi qeyd edib ki, sahibkar tərəfindən qurbağa ətinin ixrac edilməsi üçün onlara müraciət edilib: “Sahibkar qurbağa ətini Fransaya aparmaq istəyirdi, bunun üçün sənəd lazım idi. Onun sənədlərini hazırladıq, mövcud sənədləşdirmədə problemlərini həll etdik. Dünya standartlarını araşdırdıq və ona lazımı sənədi verdik. Nəticədə sahibkar tərəfindən 2 min ton məhsul xaricə göndərilib”.

Fazil Talıblının sözlərinə görə, qurbağa ferması Salyan rayonunun Şorsulu kəndində yerləşir: “Burada bataqlıqda olan qurba ətləri yığılmır. Xüsusi bəslənmiş və qida üçün nəzərdə tutulmuş məhsullar yetişdirilir və bu məhsullar müasir standartlara cavab verir”.

Qeyd edək ki, Salyanda qurbağa ferması “Azərifrog” MMC tərəfindən yaradılıb. Şirkət 2015-ci ildə yaradılıb, 2016-ci ilin yayından isə fəaliyyətə başlayıb.(Sputnik.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=79305

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31