“Yollardakı tıxacın yağışla heç bir əlaqəsi yoxdur” – Açıqlama

18.10.2016 - 10:56

ddd1476771520Hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublikanın avtomobil yollarında hər-hansı bir problem müşahidə olunmur.

Bu haqda “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Bakı şəhərində bəzi ərazilərdə yollarda müşahidə olunan tıxacların yağışlı hava ilə heç bir əlaqəsi yoxdur.

“Ötən gün bəzi ərazilərdə yolların su basması ilə müşahidə olunan problemlər aidiyyatı qurumlar tərəfindən aradan qaldırılıb. Bu gün Binəqədi şossesindən başqa heç bir yolda subasma ilə bağlı problem yoxdur. Avtonəqliyyat vasitələrinin normal və maneəsiz şəkildə hərəkəti təmin olunub.

Binəqədi şossesində isə yaxınlıqda olan bir-neçə açıq su kanallarının daşması nəticəsində yola su dolub. Hazırda bu ərazidə olan problemin aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən işlər aparılır”.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=79406

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31