Aprel şəhidinin ailəsinə ev verildi

18.10.2016 - 14:26
1476786130_a343d0f36be14ba943dd39170294f07dZaqatalada aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsi üçün yeni fərdi yaşayış evi inşa edilib.

Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərərək şahid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Zaqatala rayonunun Muxax kənd sakini Rəvan Nurayevin ailəsinə yeni inşa edilmiş fərdi yaşayış evinin açarları təqdim olunub. Bu münasibətə keçirilən mərasimdə Zaqatala rayon İH başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının əməkdaşları, Muxax kənd sakinləri iştirak edib.

Rayon büdcəsi və daxili imkanlar hesabına inşa edilən, ümumi sahəsi 95 kv/m olan 3 otaqlı ev hər cür şəraitlə təmin edilib. Evdə şəhidin xatirəsinə ayrıca guşə də yaradılıb./APA


Short URL: http://www.cumhuriyyet.net/?p=79446

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31