Qeyri-sabit hava davam edəcək

19.10.2016 - 12:37

afaedf06eb1c703390541afc7a641ed8Bakı və Abşeron yarımadasında oktyabrın 20-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə yarımadada 7-9° isti, gündüz 10-13° isti, Bakıda gecə  7-9° isti, gündüz  11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət  85-95% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9° isti, gündüz 10-14°, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti  olacağı gözlənilir.

Oktyabrın 21-dən 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=79556

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31