Nazirlikdən dərman vasitələrinin idxalı ilə bağlı – Xəbərdarlıq

19.10.2016 - 15:33

s%c9%99hiyy%c9%99-nazirliyiSəhiyyə Nazirliyi dərman vasitələrinin idxalı ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzinin dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə ünvanladığı xəbərdarlıqda bildirilir ki, farmakopeya qaydalarına əsasən steril dərman vasitələrinin laborator sınağı 15 gün ərzində həyata keçirilir.

Xəbərdarlıqda qeyd olunur kİ, həftənin şənbə və bazar günləri Mərkəzin iş günü olmaması, bəzi hallarda istirahət, bayram və digər qeyri-iş günlərinin həftəiçi günlərə təsadüf etməsi nəticəsində dərman vasitəsinin sənədlərinin ekspertizası və nümunələrinin laborator sınaqlarının aparılmasına qədər qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin bitməsi hallarına rast gəlinir. Bununla əlaqədar, dərman vasitəsinin qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin bitməsinə 30 təqvim günündən az qaldığı təqdirdə ölkəyə idxal olunması məqsədəmüvafiq hesab edilmir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli qərarı ilə təsdiqlənən “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” Qaydalarına əsasən dərman vasitəsinin qeydiyyat vəsiqəsi 5 il müddətinə qüvvədə qalır.

Short URL: http://www.cumhuriyyet.net/?p=79574

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31