Göyçay çayı məcrasından çıxdı – Təhlükə

19.10.2016 - 17:11

1476881839Göyçay rayonunun ərazisindən keçən Göyçay çayı məcarasını dəyişib.

Son günlər yağan güclü yağış nəticəsində yaranan sel həyatyanı səhələrə dolub və meyvə bağlarına ciddi ziyan vurub.

Göyçay çayın sağ sahilində rayonun Potu, Ulaşlışıxlı, Çərəkə kəndləri, sol sahilində isə Cəyirli, Qızılağac, Şəkili və Kürdşaban kəndləri yerləşir. Bu, əsasən rayonun ən çox Potu, Ulaşlışıxlı, Qızılağac və Cəyirli kəndlərinə təsir edir.

Yerli sakinlərin sözlərinə görə, bu ərazilərdə bəndvurma işləri aparılmasa, çayın sahilinə yaxın yerləşən evlər  sel sularının altında qala bilər: “Çayın sahilinə yaxın olan evlərdə subasma təhlükəsi yaranıb. Kənd sakinlərinə məxsus həyətyanı sahələrdə və pay torpaqlarında əkilmiş meyvə ağacları sel sularının altında qalıb”.

Göyçay Suvarma Sistemləri İdarəsinin mühəndisi Lətif Əliyev bildirib ki, indi sahil bəndvurma işlərinə başlanılıb: “Bu istiqamətdə işlər gedir və Göyçay çayının şəhər ərazisindən keçən hissəsində sahil bəndvurma işləri aparılıb. Müəyyən vaxt ərzində həmin kənd ərazisində də sahil bəndvurma işləri aparılacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=79592

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31