“Oğlumu ya öldürsünlər, ya azad etsinlər” – Video

20.10.2016 - 10:12

12319 oktyabrda Qobustan həbsxanasında ömürlük cəza çəkən məhbusların valideynləri Prezident Administrasiyasına müraciətə gəliblər. Onlar 20 ildən çoxdur həbs yatan övladlarının cəzasının bir neçə illə əvəzlənməsini istəyirlər.

Prezident Administrasiyası ona ünvanlanan məktubu Ədliyyə Nazirliyinə göndərib. Valideynlər bundan narazı qalıb.

Valideynlər deyir ki, ömürlük həbs cəzası verilən 128 nəfərdən yalnız 70 nəfəri sağ qalıb. Onlar da övladlarını sağ ikən azadlıqda görmək istəyirlər.

1998-ci ildə Azərbaycanda ölüm cəzası ləğv edilib. 2004-cü ildə Apellyasiya Məhkəməsinə bununla bağlı şikayət verilib. Şikayətə baxılaraq ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz olunub.

Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə işçi qrupu ömürlük həbs cəzası alan şəxslərdən bir neçəsinin adını siyasi məhbus siyahısına daxil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=79640

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31