Şəhid övladları təhsilhaqqından azad olunmayacaqlar

20.10.2016 - 13:17

56fb6584b26671476953211“Şəhid ailəsi üzvlərinin və valideynlərini itirmiş gənclərin Elmlər Akademiyasının magistraturasında pulsuz təhsil ala bilmələri üçün müəyyənləşdirilən 23 yaş məhdudiyyəti götürülməyəcək. Artıq bu məsələ dəyişməyəcək”.

Bunu açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Komitə sədri bildirib ki, şəhid ailələrindən olan və atasız-anasız gənclərin əksəriyyəti 23 yaşına qədər əmək fəaliyyətinə başlaya və hətta iş də qura bilirlər:

“23 yaşından sonra artıq şəxs müstəqil həyata, əmək fəaliyyətinə başlayır, özlərinə iş də qura bilirlər. Ona görə də şəhid ailəsindən olan, eyni zamanda valideynlərini itirmiş gənclər 23 yaşdan sonra magistraturanın təhsil xərclərini ödəyə bilər.  Komitədə və parlamentdə də hamının fikri bu oldu ki, 23 yaş məhdudiyyəti elə olduğu kimi qalsın.

Bu gün magistraturada oxumaq istəyənlərin 90-95 faizi 23 yaşa qədər olan gənclərdir. Yəni artıq magistra təhsili almaq isətəynlərin 95 faizi 23 yaşına qədər təhsilin bu pilləsini başa çatdırmış olur. Buna görə də məhdudiyyəti aradan qaldırmaqdıq”.

Xatırladaq ki, parlamentin 14 oktyabrındakı iclasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Qasımlı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna edilən dəyişikliklər zamanı təklif etmişdi ki, şəhid ailələrinin və valideynlərini itirmiş gənclərin magistr təhsilində  23 yaş məhdudiyyəti götürülsün.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=79684

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31