Hadı Rəcəbli: “Şəhid ailələrinə 1 milyon verək”

21.10.2016 - 10:51

hadi-r%c9%99c%c9%99bliDeməklə deyil ki… Bunun maliyyə tutumu, hesablaması var. Biz bu barədə müzakirələr də aparmamışıq.

Bunu illi Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Musavat.com-a müsahibəsində deyib.

Onun sözlərinə görə, parlamentdə təklif səsləndiriləndə büdcə vəsaitinin imkanları, reallıq nəzərə alınmalıdır:

“Mən parlamentdəki çıxışımda da dedim ki, bu barədə danışanların hamısının dediklərinə hörmətlə yanaşıram. Lakin o məsələ müzakirə olunmayıb. Gündəmdə yoxdur. Amma mən də təklif edə bilərəm ki, 1 milyon verilsin. Elə belə də yazın, Hadı müəllim deyir 1 milyon verilsin! Deməklə deyil ki… Bunun maliyyə tutumu, hesablaması var. Biz bu barədə müzakirələr də aparmamışıq.

Bəli, şəhid ailələrinə 11 min manat ayrılır. Əlilliyə görə isə 8 minə yaxındır. Bu, birdəfəlik yardımdır. Mən də sizə dedim, vəsaiti 1 milyona qaldırmağın tərəfdarıyam. Gərək bu, real olaraq hesablana. Yoxsa Əflatun Amaşovun, Aydın Mirzəzadənin deməyi ilə onu müzakirə etmək olmaz axı. Mən o sahənin mütəxəssisiyəm, onunla məşğulam. Ancaq mən heç kimə də deməmişəm ki, nə qədər olsun, 100, ya 200 min olsun. Bunun hesabı olmalıdır, elə deyilmi? Büdcə vəsaitinin imkanları, reallıq nəzərə alınmalıdır. Biz nağıl danışaq, ya ailələri müdafiə edək?

Prezidentimiz milli qəhrəmanların ailələrinə ayrılan müavinəti 30 faiz artırdı və 1300 manat oldu. Ola bilər o tendensiya davam eləsin. Lakin bu gün biz bu məsələni müzakirə etmirik, gündəmdə yoxdur. Söz kimi var. Necə ki, mən dedim 1 milyon verək. 100 min verək, deməklə deyil axı. Mən də deyərəm 200 min olsun. Belə mülahizələr ciddi deyil. Bunun hesabı olmalıdır. Təklif verilməlidir, Müdafiə Nazirliyi buna rəqəm deməlidir, say öyrənilməlidir, Maliyyə Nazirliyi ilə müzakirələr aparılmalıdır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu müzakirə etməlidir. Belə məsələləri söz xətrinə, xoşa gəlmək üçün deməzlər axı. Mən onun əleyhinəyəm ki, xoşa gəlmək üçün belə oyun oynamazlar, bu, düzgün deyil”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79744

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930