Cavid Qurbanovdan banklara İTTİHAM

21.10.2016 - 14:55

cavid-qurbanov_3“Rüfət müəllimin, bankların və bankirlərin xətrinə dəyməsin. Amma biz çalışmalıyıq ki, insanların banklardan asılılığını azaldaq və bankların insanlardan asılılığını çoxaldaq”.

Bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov bu gün Milli Məclisin İqtisadi Siyasət komitəsində “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Hökumət üzvü söyləyib ki, bu gün banklar ölkədə istədiklərini edirlər:

“Çünki bu gün banklar istədiyini deyir, istədiyini edir və idarə edir. Ona görə də insanların vəziyyəti yaxşılaşsa, devalvasiyanın getməyindən qorunarıq. İnsanların əmək haqlarını yüksəltmək lazımdır. Əhalinin maddi rifahını yüksəltməliyik ki, əmək haqqı artırılsın və insanlar layiqli yaşaya bilsinlər.

Vergi siyasətində çox böyük dəyişiklər edilməlidir. Vergi siyasətinin bazasını böyütmək, dəyişmək və dolğunlaşdırmalıyıq. Hər kəs vergi ödəməlidir, vergiləri sərtəşdirməklə yanaşı, bazasını yumşaltmalıyıq. Elə etməliyik ki, hər kəs vergi yüklərini ödəyə bilsin. Yəni hər bir kəs qazancına uyğun vergisini verə bilsin”.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=79775

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31