İmişlinin Təhsil Şöbəsində – Qalmaqal

21.10.2016 - 15:34

images-cms-image-000027203İşdən çıxarılan məktəb direktoru polis bölməsində gecələməli olub

Oktyabrın 19-da iş vaxtının sonuna yaxın İmişli rayon təhsil şöbəsinin inzibati binasında qalmaqal baş verib. İşdən azad edilən Muradxanlı ümumi orta məktəbinin direktoru Zakir Nəzərov şöbə müdiri ilə mübahisə edib.

Şahidlərin “Sputnik”-ə bildirdiklərinə görə, əsəblərini cilovlaya bilməyən direktor ucadan çığıraraq ayrı-ayrı şəxslərin ünvanına söyüş yağdırıb. İnzibati bina şəhərin mərkəzi hissəsində, xidmət təşkilatlarının əhatəsində yerləşdiyindən, onun qarşısına xeyli sayda şəhər sakini toplanıb. Bir qədər sonra binaya polis əməkdaşları daxil olub və etirazçı direktor məcburi qaydada İmişli Rayon Polis Şöbəsinə aparılıb. Məktəb direktoru Zakir Nəzərov mübahisənin vəzifə üstündə deyil, işdən azad olunması ilə bağlı olduğunu deyib: “Mən 42 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Bir kənd məktəbinin təkcə direktoru yox, sıravi müəllimi, qara fəhləsi, ocaqçısı, qarovulçusu olmuşam. Yaşa görə vəzifədən azad etməyi qalsın bir yana, şöbə müdiri məni müəllim kimi də işdə saxlamaq istəmir. Halbuki, müqavilə əsasında yaşı 65-dən yuxarı nə qədər direktor vəzifədə saxlanılıb, müəllim işə götürülüb. Mən özümə qarşı olan bu ədalətsiz, qərəzli münasibətə etiraz edirəm”.

O, şöbə müdirinin göstərişi əsasında saxlanıldığını bildirib: “Məni tutub bir otağa saldırtdırdı və qapını arxadan bağladı. Sonra da polis çağırdı. Bir sutka haqsız yerə saxlanılmışam”. İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov baş verənlərə belə münasibət bildirib: “O, 65 yaşı tamam olduğundan, direktor vəzifəsindən azad edilib. Lakin bu günədək möhürü təhvil verməyib. Üstəlik sərxoş vəziyyətdə inzibati binaya daxil olaraq ucadan söyüş söyməyə başlamışdı. Polisə məlumat verdik, gəlib apardılar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=79778

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31