Resept blanklarından istifadə edən tibb müəssisələri – SİYAHI

21.10.2016 - 15:56

s%c9%99hiyy%c9%99-nazirliyi“Respublikamızda 700-dən artıq özəl tibb mərkəzi fəaliyyət göstərsə də, onların az hissəsi Səhiyyə Nazirliyinin təsdiqlədiyi resept blanklarını əldə edib”.

Bu barədə AEM-dən APA-ya məlumat verilib. Bildirilib ki, nazirliyin Analitik Ekspertiza Mərkəzinin  (AEM) xəbərdarlıqlarına baxmayaraq, özəl tibb müəssisələri hələ də Mərkəzə resept blankları üçün müraciət etməyib. Səhiyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiqlənib: “Bu Qaydalar “Dərman vasitələri haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, hazırlanıb və resept əsasında buraxılan dərman vasitələrinə reseptlərin yazılmasına, aptek təşkilatlarından buraxılmasına dair tələbləri müəyyənləşdirir. Bildiririk ki, özəl tibb fəaliyyəti ilə məşğul olan 23 müəssisədən başqa digərləri qanunla müəyyən edilmiş resept blanklarından istifadə etmir”.

AEM resept blanklarının alınması üçün müraciət edən özəl tibb fəaliyyəti ilə məşğul olan müəssisələrin siyahısını da açıqlayıb.

Siyahını təqdim edirik:

Sıra № Müəssisənin adı Qeyd
1 “Cleamig” MMC Təmin edilib
2 “Renesans-S” MMC Təmin edilib
3 “Microssys” MMC Təmin edilib
4 “AMT-İnvest” MMC Təmin edilib
5 “Sağlamlıq və Gözəllik Mərkəzi” MMC Təmin edilib
6 “Diaqnoz Tibb Mərkəzi” MMC Təmin edilib
7 “Azər-Türk Med” MMC Təmin edilib
8 Respublika Müalicəvi Diaqnostika Mərkəzi Təmin edilib
9 “Caspian İnternational Hospital” MMC Təmin edilib
10 “Turay Şirkəti” MMC Təmin edilib
11 “EuroMed Özəl Tibb Mərkəzi” MMC Təmin edilib
12 “Oksigen Klinik Xəstəxanası” MMC Təmin edilib
13 “Uroloji Mərkəz. Kamal Abdullayevin Klinikası” MMC Təmin edilib
14 Xəzər Qayğıkeşlik Layihəsi Təmin edilib
15 “Health and Beauty” MMC Təmin edilib
16 “Berpa Plyus” MMC Təmin edilib
17 “İdeal Tibb Şirkəti” MMC Təmin edilib
18 “German İndustrial and Medical Consulting-Gim” MMC Təmin edilib
19 “İnternational Medical Centre-Bakı” MMC Təmin edilib
20 “Muğan Firması” MMC Təmin edilib
21 “MedEra Hospital” MMC Təmin edilib
22 “İnternational Medical Centre-1” MMC Təmin edilib
23 “Bioloji Təbabət” MMC Təmin edilib

 

Short URL: http://www.cumhuriyyet.net/?p=79782

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31