Yağış avtobusları bu hala saldı – FOTO

22.10.2016 - 11:01

qaynarimage710437Bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində Bakının bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün hələ də nazirliyin müvafiq qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Hazırda Binəqədi rayonunun Binəqədi şosesində yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

Yağan yağışdan sonra avtomobillərə də ciddi ziyan dəyib. Sedan tipli avtomobillərin içərisinə su dolan mühərrikləri sıradan çıxıb, sərnişin avtobuslarının da görkəmi dəyişib. Bir ara minik maşınlarını bufersiz sürmək dəb idi. İndi yağışın buferlərini sındırdığı 133 və 165 saylı “Daewoo” avtobusları da gölməçələrdən çıxmağa imkan tapan kimi elə “dəbli-dəbli” Binəqədi şossesi ilə şütüyüb “göz oxşayırlar”.(Milli.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=79834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728