Namiq Aygünün mülkünü əlindən aldı – VİDEO

24.10.2016 - 13:38

namiq_qaracuxurlu_aygun_kazimova_00Xalq artisti Aygün Kazımovanın meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı verdiyi “Ayrılanda mal-mülkümü apardı” sözləri səs-küy yaradıb.

Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında meyxanaçının onun bağ evini əlindən aldığını etiraf edib:

“Namiq bağ evimi əlimdən aldı. Elə insandır ki, hər şeyimi əlimdən aldı. Bunu bərabər etmişdik, amma hamısı Namiqə qismət oldu”.

N.Qaraçuxurlu məsələ ilə bağlı suallardan yayınıb:

“Bunlar çox şəxsi məsələlərdir. Bu barədə açıqlamamı gözləməyin. Özümə belə bu qədər dərinə getməyə icazə vermirəm”.

Qeyd edək ki, A.Kazımova müsahibəsində “Namiq Qaraçuxurlu mal-mülkünüzü əlinizdən alıb” sualına belə cavab vermişdi:

“Bəli, burada söhbət mal-mülkdən gedirdi. Bunu çox da açıqlamayacam. Bəlkə nə vaxtsa açıb danışaram. İstəmirəm ki, insanlar Namiqə pis baxsınlar. Biz məclislərdə tez-tez bir araya gəlirik. Qəlbimdə inciklik qalmayıb. Mən o küsülülüklə qala bilmərəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=79968

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930