Bakıda 6 milyona villa satılır – FOTO
Bakıda dəyəri milyonlarla ölçülər imarətlər satışa çıxarılır.
Belə villalardan biri də Nərimanov rayonu, Məmməd Araz və Teymur Əliyev küçələrinin kəsişməsində yerləşir.
Ümumi sahəsi 1000 kvadrat metr, 3 mərtəbəli, 7 otaqlı ev nə az, nə çox düz 6 milyon manata və ya 3,7 milyon dollara satılır.
Villa əla tamirlidir. Bütün mebel və avadanlıqlarla təmin edilib. Sənədləri də qaydasındadır.
Short URL: http://www.cumhuriyyet.net/?p=80107