Türkiyədə ev alan Azərbaycan vətəndaşlarının sayı azalıb

25.10.2016 - 14:03

e9271bd14c5ab5baf53811ffd4c4655aBu ilin sentyabr ayında xarici ölkə vətəndaşları Türkiyədən 1299 mənzil alıb. Bu barədə Türkiyə Statistika Müəssisəsi məlumat yayıb.

Rəqəmlərin müqayisəsi göstərir ki, ötən ilin sentyabr ayı ilə müqayisədə ötən ay Türkiyədə ev alan əcnəbilərin sayı 27,23% azalıb.

Məlumata əsasən, Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, Rusiya, Küveyt, İngiltərə, Əfqanıstan, Almaniya, İran, Ukrayna və Azərbaycan vətəndaşları üstünlük təşkil edib. Belə ki, İraq vətəndaşları Türkiyədən 230, Səudiyyə Ərəbistanı vətəndaşları 140, Rusiya vətəndaşları 99, Küveyt vətəndaşları 85, İngiltərə vətəndaşları 84, Əfqanıstan vətəndaşları 64, Almaniya vətəndaşları 61, İran 42, Ukrayna 42 mənzil alıb.

Türkiyədən ev alanların siyahısında 14-cü yerdə Azərbaycan qərarlaşıb. Sentyabr ayında həmvətənlərimiz qardaş ölkədən 37 mənzil alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,93% azdır. Ümumiyyətlə bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 465 mənzilə sahiblik hüququ əldə edib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 103 mənzil və ya 18,13% azdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=80114

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930