İcra başçısı “Neolit”i aldı – Restoran biznesi

25.10.2016 - 14:30

1477386317_12191052_327100710747384_7804693855533020880_nNizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov restoran biznesinə başlayıb.

O rəhbərlik etdiyi rayon ərazisində bir sıra iri obyektlərə sahiblənib, eləcə də bir neçə restoran alıb. Onların içərisində məşhur “Neolit” sarayının olduğu da bildirilir.

Məlumata görə, icra başçısı bu sarayı tam almayıb, ona şərik olub. Və bu şəriklikdən sonra sarayın arxa tərəfində böyük, dəbdəbəli bir korpus tikdirməyə başlayıb.

Qeyd edək ki, “Neolit” iki şəxsə məxsus olub. Və şəriklər arasında hər zaman narazılıqların olması barədə mətbuatda tez-tez məlumatlar yayılıb. Hətta bir neçə il il əvvəl şəriklər arasında silahlı münaqişə olduğu barədə informasiyalar dərc olunmuşdu. Bir qədər sonra isə şəriklərdən birinin restoranı yandırması haqda xəbər tirajlandı.

Görünür, bu münaqişələr sonucda şəriklərin birinin saraydan əl çəkməsi ilə nəticələnib. Və həmin adam öz payını Arif Qasımova satıb.(bakipost.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=80120

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728