Mirqafar Seyidovun qovduğu rəisə yeni vəzifə verildi

25.10.2016 - 15:30

1445494064_607d15b7-538c-4a96-8612-2b4bae03d2f4Daxili işlər orqanlarında yeni təyinat olub.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Ayxan Bağırov Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki,  2014-cü ildə Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunduqdan sonra idarənin bir qrup əməkdaşı işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifədən azad olunub. İşdən çıxarılanlar arasında Baş İdarənin Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov da olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=80129

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728