Cavid Qurbanovdan YENİ TƏYİNATLAR

25.10.2016 - 15:58

cavid-qurbanov_2Azərbaycan voleybolunda ciddi islahatlara start verilib.

Cavid Qurbanovun federasiya prezidenti seçilməsindən az sonra qurum rəhbərliyində də böyük dəyişikliklər gerçəkləşib.

Belə ki, federasiyanın I vitse-prezidenti Faiq Qarayev, həmçinin digər vitse-prezidentlər Vəsilə Abulova və Vaqif Əliyev postunda qalsalar da, digər rəhbər postlara yeni adlar gətirilib.

İndiyədək 3 vitse-prezidenti olan qurumda artıq bu vəzifəni 5 nəfər icra edəcək. Yeni vitse-prezidentlər isə həm də “Azərreyl” və “Lokomotiv”ə rəhbərlik edəcək. “Azərreyl”in yeni prezidenti təyin olunan Elşən Əfəndiyev və “Lokomotiv”də eyni vəzifəyə sahib olan Rəşad Abbasov federasiyada da məsuliyyət daşıyacaq.

Federasiyanın baş katibi Elşən İsmayılov isə işinə davam edəcək. Bununla yanaşı, qurumda yeni idman şöbəsi yaradılıb. Buraya AFFA və “Neftçi” futbol klubunda çalışmış Elnur Məmmədov rəhbər təyin edilib.

Qeyd edək ki, Əfəndiyev “Azərreyl”də Hicran Vahabovu əvəzləyib. “Lokomotiv” isə ötən ilki “Gənclik”di ki, bu dəfə komanda həm kişi, həm də qadınların yarışında mübarizə aparacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=80133

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031