Nazir mavininindən ciddi qanun pozuntularına dair ETİRAF

25.10.2016 - 17:57

?????????????????????????????????????????????????????????

“2015-ci ilin sonlarından Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparılan yoxlamalar nəticəsində ayrı-ayrı rəsmi şəxsləri tərəfindən ciddi qanun pozuntularına və maliyyə saxtakarlığına yol verildiyi üzə çıxıb. Təəssüflər olsun ki, baş verən hadisələr nazirliyin qurumlarının maliyyə və təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib, müəssisələrin gəlirliliyi aşağı düşüb və müəssisələr borcla işləmək məcburiyyətində qalıb”.

Bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin yanvar ayının 15-dən nazirlikdə ciddi islahatlar aparılıb:

“Nazirliyin mərkəzi aparatında struktur dəyişikliyi edilib. Həmin dəyişikliklər nəticəsində ilk növbədə nazirliyin tabeli qurumlarına nəzarətin həyata keçirilməsi, mütəmadi olaraq maliyyə yoxlamalarının və auditin aparılması məqsədilə daxili nəzarət, audit şöbəsi, maddi-texniki təchizatın bir mərkəzdə cəmlənməsi və idarə edilməsi məqsədilə təsərrüfat və maddi-texniki təchizat şöbələri yaradılıb. Ötən dövr ərzində maliyyə intizamının gücləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. Əvvəlki illərdən yığılmış borclar tədiyyə edilib və onların restrukturizasiyası aparılıb.

Sözügedən proseslər nəticəsində bir sıra şişirdilmiş borclar mövcudluğu aşkar edilib, aparılan danışıqlar nəticəsində həmin borclar azaldılıb. Belə ki, “Huawei”, “ZTE” və bir sıra şirkətlərlə bağlanmış müqavilələr üzrə yığılmış kreditor borclarında endirimlər edilməsi üçün aparılmış danışıqlar nəticəsində milyonlarla manat vəsaitə qənaət edilib. Görülmüş işlər nəticəsində “Huawei” şirkətinə olan köhnə bor tamamilə bağlanıb, “ZTE” şirkətinə olan borcların ödənişi isə qrafik üzrə aparılıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=80151

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728