Həbsdəki azərbaycanlı kriminal avtoritet narazıdır

27.10.2016 - 11:50

1475242492_qusdeRusiyada qətldə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddələri ilə ittiham olunub.

O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, E.Məmmədovun cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb, ona 20 il həbs cəzası verilib.

Xatırladaq ki, E.Məmmədov kriminal aləmdə “Tsıqan” (Qaraçı) ləqəbi ilə tanınır.

Short URL: http://www.cumhuriyyet.net/?p=80298

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728